Pozitiv Psixologiya Mərkəzi ilə Olimp Hospital arasında 2 illik rəsmi əməkdaşlıq müqaviləsi imzalanmışdır.
Əməkdaşlıq çərçivəsində Olimp Hospitalda POZİTİVin Psixologiya bölməsi fəaliyyət göstərəcək. Eyni zamanda, POZİTİV tərəfindən yönləndirilən pasiyentlər üçün EEG, EMG, MRT, uroloji analizlər, eləcə də nevrologiya, psixiatriya və pediatriya xidmətləri üzrə xüsusi güzəştlər tətbiq ediləcək. Müqavilə həmçinin digər tibbi və psixoloji əməkdaşlıq istiqamətlərini də əhatə edir.
Bu tərəfdaşlıq vətəndaşlara daha inteqrasiya olunmuş, əlçatan və yüksək keyfiyyətli tibbi-psixoloji xidmətlərin təqdim olunmasına mühüm töhfə verəcəkdir.