Pozitiv Psixologiya Mərkəzi ilə Fusion Academy arasında rəsmi əməkdaşlıq memorandumu imzalanmışdır.
Bu tərəfdaşlıq çərçivəsində Fusion Academy tələbələrinə psixoloji qiymətləndirmə, fərdi konsultasiya və psixoloji dəstək xidmətləri təqdim ediləcək, eyni zamanda seminar və maarifləndirici tədbirlərin birgə təşkili həyata keçiriləcəkdir. Əməkdaşlığın gənclərin şəxsi inkişafına və psixoloji rifahının gücləndirilməsinə mühüm töhfə verəcəyinə inanırıq.