PPC Xəbərlər
POZİTİV Azercell, ABB və Bakı Metropoliteni QSC ilə tərəfdaşlığa başladı!
POZİTİV Psixologiya Mərkəzi “Sale 365” proqramı çərçivəsində Azercell, ABB, Azericard və Bakı Metropoliteni QSC ilə əməkdaşlığa başladı.

Əməkdaşlıq çərçivəsində tərəfdaş şirkətlərin əməkdaşları POZİTİV Psixologiya Mərkəzinin filiallarında ilkin psixoloji diaqnostika və digər xidmətlərdən xüsusi güzəştlərlə yararlana biləcəklər. Təşəbbüsün əsas məqsədi peşəkar psixoloji xidmətlərə əlçatanlığı artırmaq və korporativ mühitdə psixoloji rifahın təşviqinə dəstək olmaqdır.

Hazırda 8 filialı və 120 əməkdaşı ilə fəaliyyət göstərən POZİTİV Psixologiya Mərkəzi müxtəlif istiqamətlər üzrə psixoloji xidmətlər təqdim edir. Mərkəzin komandasında 15 ildən artıq peşəkar təcrübəyə malik psixoloqlar fəaliyyət göstərir. POZİTİV həmçinin bir sıra tanınmış yerli şirkət və təşkilatlarla əməkdaşlıq edərək psixoloji xidmətlərin korporativ sektorda daha geniş tətbiqini təşviq edir.

Mərkəzin strateji prioritetlərindən biri korporativ psixoloji xidmətlər sahəsində innovativ yanaşmalar tətbiq etmək, şirkətlərlə əməkdaşlıq modelini inkişaf etdirmək və bu istiqamətdə Azərbaycan bazarında yeni imkanlar yaratmaqdır. POZİTİV uzunmüddətli perspektivdə tərəfdaşlıq şəbəkəsini genişləndirərək regional mərkəzə çevrilməyi hədəfləyir.

Bu əməkdaşlıqlar POZİTİV-in psixoloji xidmətlərin əlçatanlığını artırmaq, korporativ rifah mədəniyyətini təşviq etmək və daha geniş auditoriyaya çatmaq istiqamətində həyata keçirdiyi inkişaf strategiyasının bir hissəsidir.
27.10.2026