Adətən fərdi seanslar 45–60 dəqiqə davam edir. Seansların sayı isə problemin xarakterinə, şəxsi məqsədlərə və terapiya prosesinə görə dəyişir. Bəzi hallarda bir neçə görüş kifayət edə bilər, bəzən isə daha uzunmüddətli terapiya lazım olur. Psixoloq ilkin görüşdən sonra sizin üçün ən uyğun planı hazırlayır.