İş Günləri: I - VI
Əlaqə: +99470 725 00 00
e-mail: info@pozitivpsixologiya.com

Valideyn Dəstəyi və Baharın Dəyişimi – Ailənin Baxışı ilə

Valideyn Dəstəyi və Baharın Dəyişimi – Ailənin Baxışı ilə

team-1

Donnie Anderson

Sr. Psychologist

donniebere@gmail.com

230-235-5020

Valideyn Dəstəyi və Baharın Dəyişimi – Ailənin Baxışı ilə

Baharın ailəsi ilk dəfə Pozitiv Psixologiya Mərkəzinə müraciət edəndə əsas məqsədləri yalnız qızlarının dəstəklənməsi idi. Onlar düşünürdülər ki, seanslar sadəcə Baharın inkişafına kömək edəcək. Lakin proses başladıqca valideynlər də anladılar ki, uşağın psixoloji rifahı birbaşa ailənin, xüsusən də valideynlərin öz daxili gücü və mənəvi sağlamlığı ilə bağlıdır. Beləliklə, zaman keçdikcə seanslarda təkcə Bahar deyil, həm anası, həm də atası aktiv şəkildə iştirak etməyə başladılar.

Baharın Anası:
“Əvvəllər özümü həm fiziki, həm də mənəvi olaraq çox yorğun, tükənmiş hiss edirdim. Bütün diqqətimi Baharın qayğısına yönəltmişdim, özümü isə unudurdum. Nəticədə həm özüm yorulur, həm də qızıma tam mənada faydalı ola bilmirdim. Psixoloq Mədinə xanımla görüşdən sonra dərk etdim ki, övladımın güclü böyüməsi üçün mənim də güclü qalmağım vacibdir. İndi həm Bahara, həm də özümə zaman ayırıram və bunun qızımın həyatına necə müsbət təsir etdiyini aydın görürəm.”

Baharın Atası:
“Məni ən çox təsirləndirən məqam Baharın özünəinamının yüksəlməsi oldu. O, indi seanslara böyük həvəslə gəlir, özünü daha rahat ifadə edir. Amma bununla yanaşı, valideyn olaraq bizə göstərilən diqqət də çox önəmli idi. Özümüzün psixoloji balansımızı tapmağımız Baharın dəyişiminə birbaşa təsir göstərdi. Burada öyrəndik ki, övladın inkişafı üçün valideynin də özünü inkişaf etdirməsi zəruridir.”

Pozitiv Psixologiya Mərkəzində əldə edilən bu nəticələr təkcə bir mütəxəssisin deyil, müxtəlif sahələr üzrə çalışan bütün komandanın birgə səylərinin, peşəkar yanaşmasının və ailəyə hərtərəfli dəstəyinin nəticəsidir. Hər görüşdə Bahara xüsusi yanaşma tətbiq olunması, valideynlərlə paralel iş aparılması və ailənin bütöv şəkildə prosesə cəlb edilməsi bu uğurun əsas açarı oldu.

Bu gün Bahar mərkəzə sevgi ilə gəlir, seanslara isə həvəslə qoşulur. Eyni zamanda, valideynlər özlərini daha güclü, daha balanslı hiss edirlər və bunun Baharın həyatına necə müsbət təsir etdiyini görmək onları daha da ruhlandırır.

Biz – Baharın ailəsi olaraq – bu dəyişikliyə səbəb olan dəyərli rəhbərimiz Fidan xanıma və bütün komandaya səmimi minnətdarlığımızı bildiririk. Onların birgə səyi nəticəsində həm övladımızda, həm də özümüzdə gözəl dəyişikliklər baş verdi.

Bu təcrübə bizə bir daha göstərdi ki: uşağın inkişafı valideynin də inkişafı ilə mümkündür. Doğru yanaşma və peşəkar komanda ilə hər ailə həyatı üçün yeni, sağlam bir səhifə aça bilər.

Patient Feedback