Pozitiv Psixologiya Mərkəzi ilə Marsol Group arasında əməkdaşlıq görüşü baş tutub.
Görüş çərçivəsində Marsol Group-un nümayəndələri Pozitiv Psixologiya Mərkəzinin Azadlıq filialını ziyarət ediblər. Tərəflər arasında potensial əməkdaşlıq istiqamətləri, birgə layihələrin həyata keçirilməsi imkanları və gələcək tərəfdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


