İş Günləri: I - VI
Əlaqə: +99470 725 00 00
e-mail: info@pozitivpsixologiya.com

pozitivpsixologiya

#POZİTİV kollektivinin inzibati heyəti və baş psixoloqlarının iştirakı ilə ilin ilk yarısının yekunlarına həsr olunmuş qeyri-rəsmi görüş keçirilib.

Görüş zamanı ötən dövrün nəticələri ümumi şəkildə dəyərləndirilib, qarşıdakı hədəflər və bir sıra strateji istiqamətlər üzrə fikir mübadiləsi aparılıb. Görüşün davamında isə komanda ruhunun möhkəmləndirilməsi, əməkdaşlar arasında ünsiyyətin və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birlikdə qolf oyunu təşkil olunub.

Pozitiv Psixologiya Mərkəzi ilə Marsol Group arasında əməkdaşlıq görüşü baş tutub.

Görüş çərçivəsində Marsol Group-un nümayəndələri Pozitiv Psixologiya Mərkəzinin Azadlıq filialını ziyarət ediblər. Tərəflər arasında potensial əməkdaşlıq istiqamətləri, birgə layihələrin həyata keçirilməsi imkanları və gələcək tərəfdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.