#POZİTİV kollektivinin inzibati heyəti və baş psixoloqlarının iştirakı ilə ilin ilk yarısının yekunlarına həsr olunmuş qeyri-rəsmi görüş keçirilib.
Görüş zamanı ötən dövrün nəticələri ümumi şəkildə dəyərləndirilib, qarşıdakı hədəflər və bir sıra strateji istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.
Görüşün davamında isə komanda ruhunun möhkəmləndirilməsi, əməkdaşlar arasında ünsiyyətin və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birlikdə qolf oyunu təşkil olunub.




