İş Günləri: I - VI
Əlaqə: +99470 725 00 00
e-mail: info@pozitivpsixologiya.com

Niyə Pozitiv Psixologiya Mərkəzi ?

Niyə Pozitiv Psixologiya Mərkəzi ?

Psixoloji yardım bir çox insan üçün problemlərin həlli ilə yanaşı, gündəlik psixoloji rifaha aparan ən effektiv yoldur. Sürətlə dəyişən həyat şəraitində bu cür dəstək emosional dayanıqlığın qorunması və həyat keyfiyyətinin artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Müasir dünyada təməl təbii ehtiyaclar sırasına daxil olan psixoloji dəstəyin təmin olunması məqsədilə Pozitiv Psixologiya Mərkəzi (PPM) zəngin elmi-praktiki bazanı, qabaqcıl texnologiyaları, eləcə də əməkdaşlarının təcrübəsi və biliklərini özündə ehtiva edən müxtəlif psixoloji xidmətlər göstərir.

 

Peşəkar komanda və çoxşaxəli psixoloji xidmətlər

2024-cü ilin oktyabrında fəaliyyətə başlayan Mərkəzin 13 ildən çox təcrübəyə malik olan 90-a yaxın peşəkar mütəxəssis həyəti PPM-in Bakı (2), Sumqayıt, Xırdalan, Quba və Gəncə şəhərlərində yerləşən 6 filialında uşaq, yeniyetmə və böyüklər üçün fərdi və qrup seansları keçirir.

 

İlkin qiymətləndirmənin dəqiq və hərtərəfli aparılması, həmçinin seçilmiş müdaxilə planının vahid məkanda ardıcıl şəkildə icra olunması üçün Pozitiv Psixologiya Mərkəzi tərəfindən geniş spektri əhatə edən xidmətlər təklif olunur. Bura uşaq psixoloqu seansları, loqopedik dəstək, duyu bütünləmə, ABA (Tətbiqi davranış analizi), MontessoriFloortime metodları ilə terapiya, sensor terapiyası, refleksologiya, Geştalt terapiyası və tranzakt analizi, o cümlədən EMDR (Göz hərəkətləri ilə desensitizasiya və yenidən emal), QEEG (Kəmiyyət elektroensefaloqrafiyası), tDCS (Birbaşa cərəyanla transkranial stimullaşdırma), SASNeurofeedback terapiyaları, eləcə də Forbrain aparatı ilə terapiya növləri daxildir. Beləliklə, qiymətləndirmədən yekun nəticəyə qədər bütün proses vahid yanaşma ilə idarə edilir.

 

Elmə dayanan yanaşma

Psixoloji müdaxilələrin effektivliyi bir neçə mühüm amildən asılıdır: düzgün metod seçimi, fərdiləşdirilmiş planın hazırlanması və prosesin davamlı monitorinqi. Günümüzdə geniş yayılan psixoloji travma hallarında EMDR beynəlxalq miqyasda geniş tövsiyə olunan yanaşmadır və posttravmatik simptomların azaldılması üzrə yüksək nəticələr verməsi haqqında tədqiqatlar mövcuddur. Nitq gecikməsi müşahidə olunan uşaqlarda loqoped dəstəyi ilə yanaşı, duyu bütünləmə terapiyasının birgə tətbiqi uşaqların gündəlik ünsiyyət və idrak bacarıqlarının inkişaf tempini sürətləndirir.

 

Floortime terapiyası uşağın təşəbbüsünə əsaslanan, onun maraq dairəsinə və seçdiyi oyunlara qoşularaq emosional, sosial və idrak bacarıqlarını inkişafını stimullaşdıran yanaşmadır. Mütəxəssis əvvəlcə uşağın oyun davranışlarını müşahidə edir, onları istiqamətləndirən ehtiyac və məqsədləri müəyyənləşdirir, daha sonra alınan nəticələrdən çıxış edərək qarşılıqlı ünsiyyət və yeni bacarıqların formalaşmasına şərait yaradır. Bu proses zamanı uşağın 6 əsas hissinin (görmə, eşitmə, toxunma, dad, qoxu və vestibülyar aparat) təcrübə yolu ilə inkişafı dəstəklənir. Floortime metodu həm tipik, həm də atipik inkişaf edən uşaqlarda uğurla tətbiq olunur.

 

Sosial fobiya yaşayan yeniyetmələrdə qrup terapiyası həmyaşıdları ilə qarşılıqlı əlaqələrini təcrübədən keçirmək üçün təhlükəsiz mühit yaradır. Bundan əlavə, davranış pozuntuları olan uşaqlarda ABA yanaşması və valideynlərin prosesə fəal qoşulması öyrənilmiş vərdişlərin ev şəraitində də möhkəmlənməsinə imkan yaradır. Depressiv simptomlar yaşayan böyüklərdə isə gündəlik həyata daxil edilən kiçik pozitiv vərdişlər emosional stabilliyin bərpasına kömək edir.

 

Sadalanan nümunələr göstərir ki, psixoloji yardımın səmərəli şəkildə reallaşdırılması üçün dəqiq diaqnozla yanaşı, hər bir fərdin spesifik ehtiyaclarına uyğun formalaşdırılan və qabaqcıl dünya təcrübəsinə əsaslanan terapiya metodları da vacib rol oynayır.

 

Müasir avadanlıq

Fərdiləşdirilmiş yanaşmanın uğurlu olması üçün istifadə olunan üsulların təməlində bu metodları dəstəkləyən müasir texnologiyalar dayanmalıdır. Pozitiv Psixologiya Mərkəzində qlobal səhiyyədə sınaqdan keçmiş texnoloji həllərə əsaslanan terapiya növləri Mərkəzin təcrübəli və xüsusi beynəlxalq təlimlər keçmiş peşəkar komandası tərəfindən tətbiq olunur. Məsələn, QEEG metodu beynin fəaliyyət müntəzəmliyini detallı şəkildə müşahidə etməyə imkan verir. Neurofeedback bu məlumatlardan istifadə edərək beynin özünütənzimləmə bacarıqlarını məşq etdirir. tDCS aşağı intensivlikli cərəyan vasitəsilə neyron şəbəkələrinin plastiklik potensialını hədəfləyir. Forbrain aparatı, öz növbəsində isə nitq, yaddaş və diqqət kimi koqnitiv funksiyaların inkişafını hədəfləyir.

 

Beyin stimullaşdırma texnologiyalarının effektivliyi neyroplastiklik prinsipinə əsaslanır ki, bu da beynin təcrübə və məşq vasitəsilə struktur və funksional dəyişikliklər yaratma qabiliyyəti deməkdir. QEEGNeurofeedback kimi metodlar beynin fəaliyyəti barədə real vaxt rejimində məlumatlar təqdim edir və bunun əsasında tənzimləmə bacarıqları inkişaf etdirilir. tDCS terapiyası isə neyron əlaqələrini gücləndirərək diqqət, emosional tənzimləmə və öyrənmə proseslərində davamlı irəliləyiş yarada bilir. Forbrain kimi eşitmə-geri əlaqə cihazları isə beyindəki dil və motor sistemləri arasında əlaqəni möhkəmləndirərək nitq və yaddaş funksiyalarının inkişafına dəstək olur.

 

Pozitiv Psixologiya Mərkəzinin mütəxəssisləri sözügedən elmi və texnoloji nailiyyətləri praktikada və yerinə yetirilən prosedurlarda adaptiv kombinasiyalar şəklində tətbiqini təmin edir. Mərkəzdə göstərilən hər bir xidmət – istər uşaqlar, istər böyüklər üçün əlçatan şəkildə təqdim olunur.

 

Uşaq və valideynlərin dostu, şəffaf və empatik münasibət

Pozitiv Psixologiya Mərkəzində yenilikçi terapiya üsulları və tibbi avadanlıqla işləyən komanda üçün valideynlərlə də əməkdaşlıq vacib rol oynayır. Valideyn dəstəyi evdə gündəlik məşqlərin davam etdirilməsini və yeni vərdişlərin möhkəmlənməsini təmin edərək terapiyanın uzunmüddətli təsirini gücləndirir.

 

Mərkəzdə valideynlər prosesin fəal iştirakçısına çevrilir. Təşkil etdiyimiz sorğularda iştirak edən valideynlərin fikirlərinə görə, Pozitiv Psixologiya Mərkəzini digər müəssisələrdən fərqləndirən əsas xüsusiyyətlər arasında heyətin uşaqlara və valideynlərə qarşı göstərdiyi səmimi, gülərüz və eyni zamanda peşəkar münasibət dayanır. Hər ay keçirilən hesabat görüşləri valideynlərin övladlarının inkişafı barədə dolğun və şəffaf məlumat almasına imkan yaradır. Uşaqlar ehtiyaclarına uyğun olaraq düzgün seanslara yönləndirilir, zəruri hallarda isə valideynlər də ödənişsiz psixoloji dəstək seanslarına dəvət olunur. Bundan əlavə, Mərkəz ödəniş məsələlərində də anlayışlı yanaşma sərgiləyir – gecikmə olsa belə, dərslər fasiləsiz davam etdirilir.

 

Bu yanaşma ailələrə prosesin ayrılmaz hissəsi olduqlarını hiss etdirir, tərəflər arasında etimadı möhkəmləndirir və göstərilən xidmətin effektivliyini artırır. Bu da təqdim olunan xidmətlərin yüksək keyfiyyətini və ailələr tərəfindən Mərkəzə davamlı və artan marağı əks etdirir.

 

Gələcəyə baxış

Pozitiv Psixologiya Mərkəzinin geniş filial şəbəkəsi pasiyentlər üçün logistikanı asanlaşdırır, uşaqların seanslara vaxtında və yorulmadan gəlməsinə şərait yaradır. Yaxın gələcəkdə Mərkəzin filial şəbəkəsinin 10-a qədər genişləndirilməsi, eləcə də ölkə hüdudlarından kənarda da filialların açılması planlaşdırılır.

 

Genişlənmə strategiyası yalnız coğrafi baza ilə məhdudlaşmır. Mərkəzdə tətbiq olunan terapiya metodlarının və avadanlığın daimi yenilənməsi də ön plandadır. Məqsəd – hər bir uşağın və ailənin fərdi ehtiyaclarına uyğun, beynəlxalq standartlara cavab verən psixoloji dəstək modelini ölkə və onun hüdudlarından kənarda da əlçatan etməkdir. Artan etibar və müsbət nəticələrə dayanaraq Pozitiv Psixologiya Mərkəzi bu yolla gələcəkdə daha çox ailənin həyatına müsbət təsir etməyi hədəfləyir.

Bir yanıt yazın